send link to app

Tapmacalar


4.4 ( 5424 ratings )
Eğlence Eğitim
Geliştirici: Rovshan Muradov
0.99 USD

Azərbaycan şifahi xalq ədəbiyyatımn geniş yayılmış olan şəkillərindən biri də çoxvarianthlığı ilə seçilən tapmacalardır. Hər hansı bir əşya və ya hadisəni bənzətmə yolu ilə göstərən, nəzm və nəsr şəkilli bu yığcam məcazi ifadələrin qayəsi insanları düşünməyə sövq etməkdir.
Uzun əsrlərdən bəri nəsildən-nəsilə, ağızdan-ağıza keçərək müxtəlif dəyişikliklərə uğrayan tapmacalarda həyat hadisələrini həssas müşahidədən gələn, xalqın obrazlı təfəkkürünə xas olan bütün gözəl cəhətlər və həmçinin bədii dilin parlaqlığı lakonik bir şəkildə meydana çıxır.
Bu programda məzmun baxımından rəngarəng olub, həyatın ən müxtəlif sahələri ilə bağlı, o cümlədən təbiət və təbii hadisələr, səma cisimləri, bitkilər və heyvanat aləmi, ev əşyaları, geyimlər, bəzək əşyalari və s. haqda dəyişik mövzulu tapmaca nümunələri toplanmışdır.